Türkiyənin 32 vilayətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. Nazirin sözlərinə görə, ölkə daxilində terror təşkilatlarına qarşı mütəmadi olaraq aparılan "Qəhrəmanlar" əməliyyatının 34-cüsü icra edilib. İŞİD terror təşkilatının Türkiyədəki üzvlərinin yaxalanması istiqamətində aparılan növbəti əməliyyatın gedişində 304 şübhəli şəxs saxlanılıb.

Fidan Camal