Bir qrup Cənubi Koreyalı tələbə  90 saniyəyə bitən imtahana görə müəllimlərini məhkəməyə verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  Cənubi Koreyada qəbul imtahanı olan "Suneung", uzunluğu, çətinliyi və sözün əsl mənasında həyatı dəyişdirən nəticələri ilə tanınır.  

Belə ki, paytaxt Seulda həmin imtihanada iştirak edən tələbələrə 90 saniyədən sonra nəzarətçilər yaxınlaşaraq imtahanın bitdiyi bildiriblər. Tələbələr haqlı olaraq etiraz etsələr də, heç bir nəticə olmayıb. 

Bundan sonra 39 nəfər növbəti imtahana qədər təhsil haqqını ödəyəcək kompensasiya tələbi ilə məhkəməyə müraciət ediblər.