Gürcüstanın paytaxtında "Azərbaycan Evi"nin təşəbbüsü və təşkilatçılığı ilə Avropa ittifaqının Tbilisi ofisinin önündə "Ayrıseçkiliyə və ikilli standartlara son!" tələbi ilə aksiya təşkil olunub.
"Unikal" report-a istinadən xəbər verir ki, aksiyada "Erməni terroruna son", "Ekoloji terrora son" və digər şuarlar səsəndirilib.
"Azərbaycan Evi"nin rəhbəri Məhəbbət İmanov bildirib ki, aksiya AŞ PA-nın qərəzli mövqeyinə və erməni yalanlarına son qoymaq məqsədilə təşkil edilib.
Aksiyada yüzlərlə azərbaycanlı iştirak edib.