Antiterror əməliyyatından sonra özünü buraxmış separatçı rejimin qalıqlarının təmizlənməsi prosesi davam edir. 

"Unikal" xəbər verir ki, Xankəndi şəhərində Qarabağ cəlladlarından biri Bekor ləqəbli Aşot Qulyanın abidəsi sökülüb.

Bakı şəhərində anadan olan erməni 1992-ci ilin 24 avqust tarixində Azərbaycan ordusunun snayperi tərəfindən Ağdərə rayonun Ballıqaya kəndində məhv edilib.

Qeyd edək ki, 1992-ci ildə Şuşa, Ağdərə, Xocalı, Hadrut və bir sıra istiqamətlərdə nahaq qan tökən terrorçunun abidəsi Xankəndi universitetinin qarşısındakı parkda yerləşirdi. 

Ağarza Elçinoğlu