Türkiyəli aktyor Kıvanç Tatlıtuğ böyük qardaşı Cem Tatlıtuğla fotosunu paylaşıb. 

"Unikal" xəbər verir ki, bir-birinə bənzəməyən qardaşlar izləyicilərin təəccübünə səbəb olub. 

Fotoya "Bu necə gendir, heç də oxşamırlar" deyə müxtəlif şərhlər yazılıb. 

Qeyd edək ki, adanalı bir ailədə dünyaya gələn Kıvanç Tatlıtuğun Melisa, Cem, İpək və Tuqay adlı 4 bacı-qardaşı var.