Azərbaycan Milli Məclisinin sabiq sədri, ABŞ-da yaşayan Rəsul Quliyev Prezident İlham Əliyevi fevralın 7-də keçirilən seçkilədə qalib gəlməsi münasibəti ilə təbrik edib.
"Unikal"ın məlumatına görə, R.Quliyev təbrikində deyib:
“Hörmətli Pezident, Sizin seçkilərdə parlaq qələbəniz planetimizin istənilən reqionunda danılmazdır. Bu seçki Azərbaycan xalqının Sizlərə sevgi və məhəbbətini əks etdirir. Sizin ailənizlə birlikdə Xankəndi seçki dairəsində qeydiyyatdan keçməniz çox böyük düzgün addımdır və bir daha “Qarabağ Azərbaycandır!” tezisini təsdiqləyir…
Bu seçkidə iştirak edən digər namizədləri də topladıqları təcrübəyə görə təbrik edirəm. Onlar bir daha - güclü rəqiblə necə mübarizə aparmaq lazımdır dərsini almış oldular.
Hörmətli Prezident, Sizi bir daha əzəmətli qələbəniz münasibətilə təbrik edir - Azərbaycanımız üçün yeni mərhələnin açılışında, reformalarınızın startında Sizə uğurlar arzulayıram”.