Xəbər verdiyimiz kimi, Adana Böyükşəhər Bələdiyyə binasına silahlı hücum olub. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  hücum zamanı yaralanan aparat rəhbərinin müavini Səməd Güdük xəstəxanada dünyasını dəyişib. 

Hücum edən bələdiyyə işçisinin polis bölməsinə təslim olduğu bildirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

xxx

15:22

Adana Böyükşəhər Bələdiyyə binasına silahlı hücum olub. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhər bələdiyyə sədri Zeydan Karaların aparat rəhbərinin müavini Səməd Güdük iş otağında iş yoldaşı tərəfindən silahla vurulub.

Ağır yaralanan Güdük xəstəxanaya aparılıb. Hücum edən bələdiyyə işçisinin polis bölməsinə təslim olduğu bildirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.