Papua-Yeni Qvineyanın Enqa əyalətində tayfalar arasında baş verən qanlı toqquşmalar nəticəsində 64 nəfər həyatını itirib.

"Unikal" xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb. 

Hüquq-mühafizə orqanları qeyd edirlər ki, silahlı toqquşmalar Ambulin və Sikin qəbilələri arasında baş verib.

***

08:34

Papua-Yeni Qvineyanın yüksək dağlıq ərazilərində qəbilələrarası toqquşmalar nəticəsində azı 53 nəfər ölüb.

“Unikal” xəbər verir ki, bu barədə Avstraliyanın ABC telekanalı polisin bəyanatına istinadən məlumat yayıb.

Polis bildirib ki, Enqa əyalətində pusquya salınan şəxslər qətlə yetirilib.

Belə ki, cəsədlər bir yerdə deyil, çöldə, yolun kənarında və çayın yaxınlığında tapılıb.

Səlahiyyətlilər ölənlərin sayının 60-65-ə çata biləcəyini vurğulayıblar.