Türkiyə hüquq mühafizə orqanlarının əməliyyatı zamanı 12 ölkə tərəfindən “İnterpol”un axtarışında olan onlarla şübhəli saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Onun sözlərinə görə, əməliyyat altı vilayətdə eyni vaxtda həyata keçirilib.

“Altı vilayətdə eyni vaxtda həyata keçirilən “Kafes-43” əməliyyatları ilə “İnterpol”un “Qırmızı xəbərdarlıq”, “Yaşıl bülleten” və təcili saxlanılması ilə bağlı ​​axtarış qeydləri olan 23 şübhəli ələ keçirilib”, - o qeyd edib.