Ukrayna ordusu Rusiya mövqelərinə qarşı yeni əks-hücum əməliyyatı hazırlayır.

"Unikal" xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski "Fox News"a müsahibəsində deyib. 

Ukrayna prezidenti həmçinin iddia edir ki, hücum Rusiyanı “təəccübləndirəcək”.

Qeyd edək ki, Ukraynanın 2023-cü il iyunun 4-də başlayan əvvəlki “əks-hücum”u həmin ilin noyabrında Ukrayna Silahlı Qüvvələri üçün böyük uğursuzluqla başa çatıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri təxminən 166 min əsgər, 800 tank, o cümlədən Almaniyanın göndərdiyi Leopardların yarısı, 123 təyyarə və 2,4 min zirehli texnika itirib.