İki Türkiyə vətəndaşı Ermənistan vətəndaşı A.M-nin köməkliyi ilə saxta sənədlərlə Baqrataşen keçid məntəqəsindən Ermənistana daxil olub.
"Unikal"
xəbər verir ki, Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları iki Türkiyə və bir Ermənistan vətəndaşını saxlayıblar. Bu barədə Milli Təhlükəsizlik Xidməti ilə birgə fəaliyyətin nəticələrinə əsasən İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Həbslər fevralın 20-də İrəvanın müxtəlif ünvanlarında olub.
Məlum olub ki, Türkiyə vətəndaşları İ.K. və E.Y. saxta sənədlərlə Baqrataşen keçid məntəqəsi vasitəsilə Gürcüstandan Ermənistana daxil olublar. Onlardan ən azı birinin ölkəyə qanunsuz daxil olmasına Ermənistan vətəndaşı A. M. şərait yaradıb.
Türkiyə vətəndaşlarına qarşı sənədləri saxtalaşdırmaq və sərhədi qanunsuz keçmək ittihamı irəli sürülüb və həbs edilib. Bu cinayətlərin törədilməsinə şərait yaratmaqda təqsirləndirilən A.M.-nin barəsində həbs-qətimkan tədbiri seçilərək, həmin yeri tərk etməmək şərti ilə ev dustaqlığına buraxılıb.

Gültəkin Ələsgər