Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.

Kadırovun sözlərinə görə, o, Putinə “Çeçenistanın inkişafının federal mərkəzin diqqətini və iştirakını tələb edən ən mühüm sahələri, investisiya layihələri haqqında” məruzə edib.