Amerikalı iş adamı İlon Mask bildirib ki, o, ölkə prezidentliyinə namizədlərin heç birini maliyyələşdirmir.

"Unikal" xəbər verir ki, milyarder bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb. 

"Vəziyyəti aydınlaşdırmaq üçün: mən prezidentliyə namizədlərin heç birinə pul bağışlamıram", - deyə o qeyd edib.

Xatırladaq ki, Bloomberg Maskla prezidentliyə namizəd Donald Trampın martın 3-də gizli şəkildə görüşdüklərini yazıb. 

Nuranə Abbasova