Alman Maşınistlər İttifaqı (GDL) əməkhaqqı və iş saatları ilə bağlı davam edən mübahisələr fonunda son 4 ayda 6-cı dəfə tətil elan edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Alman Dəmir Yollarında çalışan maşinistlərin işəgötürənləri inflyasiyaya qarşı daha yaxşı maaş verməyə məcbur etmək üçün 24 saatlıq xəbərdarlıq tətili keçirəcəkləri bildirilib.

Açıqlamada yük qatarlarının tətilinin martın 11-də axşam saatlarında başlayacağı, sərnişin qatarlarında isə martın 12-də işlərin dayandırılacağı qeyd olunub.

Tətilin martın 13-də yekunlaşacağı deyilir. 

Zərifə Nağıyeva