Britaniya kral ailəsinin Uels şahzadəsi Keyt Middlton yanvar ayında keçirdiyi əməliyyatdan sonra iki ay mediada görünmürdü.

"Unikal" xəbər verir ki, qarın nahiyəsindən keçirdiyi əməliyyatdan sonra ilk dəfə övladları ilə paylaşım edən şəhzadə dəstək mesajları üçün xalqa təşəkkürünü bildirib.

Şahzadə paylaşımında, "Xoş diləkləriniz və son iki ayda davamlı dəstəyiniz üçün təşəkkür edirəm. Hər kəsin Analar Günü mübarək", - deyə qeyd edib. 

Zərifə Nağıyeva