Türkiyə öz sərhədləri yaxınlığında antiterror əməliyyatı keçirmək üçün icazə istəməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
Onun sözlərinə görə, Ankara lazımi tədbirləri görəcək: "Ölkəmizin təhlükəsizliyinə gəlincə, biz heç kimdən heç nə tələb etməyəcəyik və lazım olanı edəcəyik. Türkiyə Cümhuriyyətinin böyük dövlət olduğunu heç kim unutmamalıdır. Biz heç kimin əmrinə tabe olmamışıq".
Ağarza Elçinoğlu