Xəbər verdiyimiz kimi, Bakıda həbsdə olan separatçı rejimin lideri Arayik Arutyunyan AzTV-yə müsahibə verib. 

"Unikal" xəbər verir ki, bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan nümayəndəliyindən Zara Amatuni açıqlama verib. 

Onun sözlərinə görə, BQXK ictimai platformada məlumatları şərh edə bilməz: "Beynəlxalq hüquqla qorunan insanlara aid hər hansı məsələ kimi, biz hər iki tərəfin səlahiyyətli orqanları ilə konfidensial müzakirələr aparırıq. Biz müdafiə məsələlərini nəzərə alaraq bizi narahat edə biləcək bu və ya digər məsələlərə diqqət yetiririk. Başqa sözlə, bununla bağlı biz ictimai platformada heç nə deyə bilmərik, lakin hər hansı narahatlıq doğuran məsələ ilə bağlı məsul orqanlarla dialoqumuz davam edir". 

Ağarza Elçinoğlu