UEFA Konfrans Liqasında 1/4 final, yarımfinal mərhələlərinin, eyni zamanda finalın püşkü atılıb.

"Unikal" xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində 1/4 finaldakı cütlərlə yanaşı, yarımfinalda üz-üzə gələcək potensial rəqiblər də müəyyənləşib.

Ən güclü 8 komanda arasında yer alan Türkiyə klubu “Fənərbağça” növbəti raundda Yunanıstan təmsilçisi “Olimpiakos”la qarşılaşacaq.

1/4 final:

“Brügge” (Belçika) – PAOK (Yunanıstan)

“Olimpiakos” (Yunanıstan) - “Fənərbağça” (Türkiyə)

“Aston Villa” (İngiltərə) - “Lill” (Fransa)

“Viktoriya” (Çexiya) - “Fiorentina” (İtaliya)

Yarımfinal:

“Aston Villa” - “Lill” cütünün qalibi / “Olimpiakos” - “Fənərbağça” cütünün qalibi

“Viktoriya” - “Fiorentina” cütünün qalibi / “Brügge” – PAOK cütünün qalibi

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinalın matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final görüşü mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda olacaq.