Son günlər tez-tez hərbi təlimlərə qatılan və ABŞ və Cənubi Koreyaya "Müharibəyə hazırıq" mesajı verən Şimali Koreya lideri Kim Çen In yenə dünya mediasının diqqətini çəkib.

"Unikal" xəbər verir ki, qızı ilə birlikdə cəbhə xəttinə gedən Kim müharibə hazırlıqlarını izləyib. 

Cənubi Koreyaya sızma əməliyyatını simulyasiya etmək üçün sərhəddə keçirilən təlim zamanı Kim əsgərlərin təlimini maraqla izləyib və ordu rəsmiləri ilə görüşüb.