İspaniyanın “Barselona” klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş azadlığa buraxılıb.
“Unikal” xəbər verir ki, keçmiş müdafiəçi yekun qərar çıxarılana qədər həbsdə olmayacaq.
Barselona məhkəməsi son hökm çıxana qədər onun evinə buraxılmasını qərara alıb. Alveş bunun üçün 1 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Dani Alveş 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq 4,5 il həbs cəzasına məhkum edilib.