Birləşmiş Millətlər Təşkilatı Fələstin torpaqlarında öldürülən humanitar yardım işçilərinin sayını açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik məlumat verib.
O, açıqlamasında oktyabrın 7-dən bəri işğal olunmuş Fələstin ərazilərində İsrail qüvvələri tərəfindən öldürülən humanitar yardım işçilərinin sayının 196-ya çatdığını bildirib.
Zərifə Nağıyeva