"Qoy Ermənistan və erməni xalqı xatırlasın ki, ABŞ öz müttəfiqlərini necə tərk edib, regionlarda necə xaotik vəziyyət yaradıb". 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. 

O, jurnalistin Rusiya və KTMT-nin öz öhdəliklərini yerinə yetirdiyi, Qərbin və ABŞ-nin isə Ermənistan üçün etibarsız olması ilə bağlı sualına belə cavab verib: "Ermənilər üçtərəfli, dördtərəfli və ya başqa görüşlərin nə vaxt gözlənildiyini xatırlasınlar və özləri bilsinlər, ABŞ-nin yaxın müttəfiqlərini hansı vəziyyətə saldığını xatırlasınlar. Erməni kuratorları Ermənistanın suverenliyini itirməsini istəyirlər. Onlar  çoxlu sərmayələr, iqtisadi dəstək vəd edirlər, lakin vədləri yerinə yetirmirlər". 

Ağarza Elçinoğlu