Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefon danışığı aparıb. 

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, Fidan danışıqlar zamanı Türkiyənin bölgədə daha da gərginləşməsini istəmədiyini vurğulayıb.

İranın xarici işlər naziri Abdullahiyan, öz növbəsində İsrailə qarşı cavab əməliyyatının sona çatdığını bildirib.

İranın hücuma məruz qalmadıqca yeni əməliyyata başlamayacağını vurğulayan Abdullahiyan, İranın yenidən hücuma məruz qalacağı təqdirdə bu dəfə daha sərt cavab veriləcəyini bildirib.