Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfərin öldüyü, itkin düşən 2 nəfərin axtarışlarının davam etdiyi bildirilib.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev məlumat verib.
Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsində 4 nəfərin boğularaq öldüyünü, Türküstan bölgəsində isə bir azyaşlının axarının altında qalaraq həyatını itirdiyini bildirib.
Abay vilayətində 2 nəfərin axtarışlarının davam etdiyini deyən Kocayev əlavə edib ki, baş vermiş hadisələrlə bağlı artıq cinayət işi açılıb, polis əməkdaşları tərəfindən araşdırma aparılıb.