İki gün əvvəl Abu Dabidən İrəvana uçan "Wizz Air" şirkətinin təyyarəsi möcüzəvi şəkildə qəza şəraitindən çıxıb.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Qeyd olunub ki, Əbu-Dabi hava limanından havaya qalxdıqdan 10 dəqiqə sonra Dubay üzərində uçarkən təyyarəyə ildırım düşüb və nəticədə pəncərələrdən biri çatlayıb.
Təyyarədə olan insanlar qəzaya uğrayacaqlarını zənn ediblər. Pilotlar təyyarəni Əbu-Dabi hava limanına endirməyi bacarıblar.
Ağarza Elçinoğlu
Dubaydan İrəvana uçan təyyarə son anda qəzadan xilas olub. pic.twitter.com/2Uremn5Sdx
— Unikal.az (@UnikalOrgPortal) April 18, 2024