Türkiyədə baş verən zəlzələ nəticəsində məscidin minarəsi uçub.
“Unikal” xəbər verir ki, bir çox vilayətdə hiss olunan 5,6 bal gücündə zəlzələ Tokatın Sulusaray rayonunda məscidin minarəsinin uçmasına səbəb olub.
AFAD-dan verilən açıqlamada bildirilib ki, zəlzələ Tokat, Samsun, Yozgat, Çankırı və Çorum vilayətlərində hiss olunub.
Məlumata görə, Yozqat vilayətində 2 mərtəbəli ev və Tokat vilayətinin Sulusaray rayonunda 5 tövlə zərər görüb.
Sulusaray bələdiyyə başqanı Davud Kılıç isə rayonun Buğdaylı kəndində bəzi evlərin dağıldığını diqqətə çatdırıb.