Stavropol vilayətində qəzaya uğrayan hərbi təyyarənin ekipaj üzvlərindən biri ölüb. 

"Unikal" xəbər verir ki, bu barədə qubernator Vladimir Vladimirov açıqlayıb. 

Daha əvvəl bildirilmişdi ki, Rusiya Aerokosmik Qüvvələrinin Tu-22M3 qırıcısı döyüş tapşırığını yerinə yetirdikdən sonra Stavropol vilayətində qəzaya uğrayıb. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarə boş bir ərazidə qəzaya uğradığından heç bir dağıntı qeydə alınmayıb.

Ukrayna tərəfi isə təyyarəni onların vurduğunu iddia edir. 

***09:00

Rusiya Aerokosmik Qüvvələrinə məxsus Tu-22M3 təyyarəsinin Stavropol vilayətində qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, pilotlar katapult edib. Hazırda bir pilotun axtarışları davam etdirilir.

İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.

Gülayə Mecid