"İsrailin İrana hücumu zəif olub".

"Unikal" xəbər verir ki,  bu barədə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir "X"da yazıb. 

O, bu hücumu yalnız bir sözlə "Dardale", İsrail dilində “zəif, məyusedici” mənasını verən jarqonla ifadə edib. 

İsrailin “The Jerusalem Post” qəzeti nazirin şərhinin İranın müdafiəsi ilə deyil, İsrailin hücumu ilə bağlı olduğunu açıqlayıb.

Xatırladaq ki, İsrail aprelin 19-na keçən gecə İran ərazilərinə zərbələr endirib. İsfahan vilayətində beynəlxalq hava limanı yaxınlığında partlayışlar baş verib. Sonradan məlum olub ki, İsfahan, Şiraz və Tehranda hava hərəkəti dayandırılıb.

Gülayə Mecid