İsfahan səmasında vurulan PUA-lar çox güman ki, İran ərazisindən buraxılıb.
"Unikal" xəbər verir ki, bu barədə İranın Milli Kiberməkan Mərkəzinin nümayəndəsi Hossein Dalirian "X" sosial şəbəkəsində yazıb.
Dalirian PUA-ların xaricdən və ya ölkə daxilindən buraxılması ilə bağlı suala cavab verib ki, onlar uzaqdan gələ bilməzdilər: "Uçuş məsafəsi çox qısadır. Şübhəsiz ki, daxildən".
Ağarza Elçinoğlu