Ukrayna Silahlı Qüvvələrinin (AFU) Rusiya ərazisinə endirdiyi zərbələr bir neçə NATO ölkəsini - ABŞ, Böyük Britaniya və Fransanı iki düşərgəyə parçalayıb.
"Unikal" xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Bildirilir ki, Vaşinqton Ukraynanın Rusiya ərazisinə zərbələrini dəstəkləmir, Paris və London isə əksinə, münaqişənin gərginləşməsinin tərəfdarıdırlar.
"Böyük Britaniya və ABŞ arasındakı xüsusi münasibətlər Ukrayna strategiyası ilə bağlı fikir ayrılıqlarından əziyyət çəkir. Birləşmiş Ştatlar eskalasiyanın daha da artmasında maraqlı olmadığını nümayiş etdirir, Britaniya isə Kiyevi dəstəkləməkdə aqressiv davranır", - materialda qeyd olunub.
Gülayə Mecid