Gürcüstanda kortəbii etiraz aksiyasında bir neçə nəfər saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə "Mtavari Arkhi" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, vəziyyət müxalifətçi bloger Uça Abaşidzenin qanunsuz silah saxladığına görə həbsindən sonra yaranıb. Onun tərəfdarları Çavçavadze prospektini bağlamağa cəhd ediblər.
Telekanal qeyd edib ki, bir neçə nəfər polisə tabe olmadıqları üçün saxlanılıb.