Nigeriyanın Kogi əyalətində bir qrup silahlı cinayətkar yerli universitetlərdən birinə soxularaq tələbələri girov götürüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, fövqəladə hadisə Osardakı Elm və Texnologiyanın Konfluens Universitetində baş verib. Hücumçular binaya soxularaq havaya atəş açmağa başlayıblar.
Universitetin rektoru Abdulraman Asipita dəqiq neçə tələbənin qaçırıldığını açıqlayəb. O, əmin edib ki, təhsil müəssisəsinin rəhbərliyi və hüquq-mühafizə orqanları vəziyyətə nəzarət edir.