Türkiyə ordusu 17 PKK/YPG terrorçusunu zərərsizləşdirib. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb. 

Əməliyyatlar İraqın şimalındakı Hakurk, Qara və Pəncə-Kilid bölgələrində, Suriyanın şimalında isə Zeytun Budağı və Barış bulağı bölgələrində həyata keçirilib. 

"Terrora qarşı mübarizəmiz effektiv və qətiyyətlə davam edir!", - deyə nazirlik açıqlayıb. 

Ağarza Elçinoğlu