ABŞ Gürcüstanda xarici agentlər haqqında qanun layihəsinə etiraz aksiyalarının iştirakçılarına qarşı güc tətbiqi halları ilə bağlı araşdırma aparılmasını zəruri hesab edir.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə bildirib.
"Biz qanun layihəsinə etiraz edənlərə qarşı görülən tədbirlərdən və onların icrası istiqamətində görülən işlərdən dərin narahatıq. Biz vətəndaş cəmiyyəti nümayəndələrinə, müxalifət fəallarına və jurnalistlərə qarşı təqib və fiziki zorakılığın getdikcə artması ilə bağlı xəbərlərdən xəbərdarıq. Biz bunu pisləyirik və dərhal tam təhqiqata çağırırıq", - deyə o qeyd edib.
Millerin sözlərinə görə, ABŞ Gürcüstanla əməkdaşlığı davam etdirməyə hazırdır: "Lakin bunun üçün Gürcüstan hökuməti qəbul etdiyi kursu dəyişməlidir".
Ağarza Elçinoğlu