Nigeriyada heyvanlardan insanlara keçən və ölümlə nəticələnə bilən Lassa qızdırması səbəbindən 4 ayda 156 nəfər ölüb.
"Unkal" xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamada, yanvar - aprel ayları arasında Lassa qızdırması epidemiyasının paytaxt Abuca ilə yanaşı 28 ştata da yayıldığı bildirilib.
Açıqlamada qeyd olunub ki, bu müddət ərzində 857 nəfərdə Lassa qızdırması aşkarlanıb, epidemiya səbəbindən 156 nəfər ölüb.
Qeyd olunub ki, xəstəlik siçan nəcisi ilə insandan insana keçə və ölümcül qanamalı qızdırmaya səbəb ola bilər.
Zərifə Nağıyeva