Rusiya prezidenti Vladimir Putin baş nazir səlahiyyətlərini icra edən Mixail Mişustinlə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Dövlət başçısı qeyd edib ki, Mişustinin hökumətin sədri kimi fəaliyyətini davam etdirməsi düzgün olardı. Rusiya lideri əmin olduğunu bildirib ki, Duma onun baş nazir postuna namizədliyini dəstəkləyəcək.
Putin Dövlət Dumasının qərarından sonra Mişustinlə yenidən görüşəcəyini vəd edib.
Ağarza Elçinoğlu