Ukrayna Prezidenti Volodimir Zelenski bütün cəbhə xəttində ağır döyüşlərin getdiyini bildirib.

"Unikal" xəbər verir ki, o bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin hesabatına əsasən açıqlama verib. 

 "Donetsk, Xarkov vilayətində, Pokrovskidə və digər istiqamətlərdə döyüşlər gedir.. Biz Xarkov vilayətində müdafiə hərəkətlərini və mövqelərimizi gücləndirməyi müzakirə etdik", - deyə Zelenski qeyd edib.