Amerika Birləşmiş Ştatları Ukraynaya növbəti silah və avadanlıq paketini elan edib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Entoni Blinken açıqlayıb.

Onun sözlərinə görə, 400 milyon dollarlıq paketə raket sistemləri üçün əlavə müdafiə sürsatları, zenit raketləri, qərb raketləri və radarlarını Ukrayna sistemləri ilə birləşdirmək üçün avadanlıqlar, artilleriya sistemləri, mərmilər, zireh əleyhinə sistemlər, piyada döyüş vasitələri və digər silah və avadanlıqlar daxildir. Bildirilib ki, ABŞ Ukraynanın yanında durmağa davam edəcək.