Petropavlovsk-Kamçatskdan 66 km cənub-şərqdə 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsinin məlumatına görə, Petropavlovsk-Kamçatsk və Vilyuçinsk şəhərlərinin sakinləri maqnitudası 4 bala çatan yeraltı təkanları hiss ediblər.
Zəlzələnin ocağı 47 km dərinlikdə yerləşib.
Ağarza Elçinoğlu