Ermənistan parlamentinin keçmiş deputatı, “Alyans” partiyasının rəhbəri Tiqran Urixanyan Rusiyada həbs edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan açıqlayıb. 

O qeyd edib ki, Tiqran Urixanyan Cinayət-Prosessual Məcəlləsinin 442-ci maddəsi ilə, yəni vəzifəli şəxsin sahibkarlıq fəaliyyətində qeyri-qanuni iştirakla bağlı istintaqa cəlb olunub.

Eks-deputat isə karserdən fotosunu dərc edərək "Nikol, mən sənin arxanca gələcəm" deyib.

Bəzi mənbələr onun sərbəst buraxıldığını desələr də, məlumat hələlik təsdiqini tapmayıb. 

Ağarza Elçinoğlu