Qərb Kiyevə yardımın verilməsində korrupsiyanı ört-basdır etmək üçün Ukrayna prezidenti Volodimir Zelenskini sıradan çıxarmaq qərarına gələ bilər.

"Unikal" xəbər verir ki, bu barədə özünü elan edən DXR rəhbəri Denis Puşilin TASS-a müsahibəsində bildirib.

"Məncə, Zelenskinin taleyi çox qibtəedilməzdir, çünki Ukrayna ilə bağlı Qərbdə qəbul ediləcək qərarların dəyişməsindən asılı olaraq, Zelenskinin taleyi müəyyənləşəcək...", - o deyib. 

Puşilin əlavə edib ki, Qərbin həm Ukraynanın özündə, həm də bu cür yardımın göstərilməsinə qərar verən Qərb rəsmiləri tərəfindən korrupsiya komponentini gizlətmək üçün Zelenskinin vəzifəsindən kənarlaşdırılmasına ehtiyac ola bilər. 

Ağarza Elçinoğlu