Braziliyanın cənubunda daşqınlar nəticəsində azı 136 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

"İtkin düşənlərin sayı 141, ölənlərin sayı 136-dır", - deyə rəsmi məlumatda bildirilir.

Səlahiyyətlilərin məlumatına görə, daşqın səbəbindən 340 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb, 2 milyona yaxın insan isə təbii fəlakətdən zərər çəkib.

Ağarza Elçinoğlu