Tbilisinin mərkəzi hissəsində yenidən etiraz aksiyası keçirilir. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Aksiyalar Avropa Gününə həsr olunub və xarici agentlər haqqında qanuna ziddir.

Qeyri-hökumət təşkilatları xarici agentlər haqqında qanunun geri götürülməsini tələb edərək genişmiqyaslı etiraz aksiyası keçirməyi planlaşdırıblar.

Xatırladaq ki, artıq Gürcüstan parlamenti bu mübahisəli layihəni ikinci oxunuşda qəbul edib. Üçüncü oxunuş gözlənilir.

Hakim partiya iddia edir ki, qanun layihəsi sırf xaricdən maliyyə alan qeyri-hökumət təşkilatlarının və KİV-lərin işində şəffaflığın artırılmasına yönəlib.

Gürcüstan prezidenti Salome Zurabişvili hesab edir ki, bu, “Rusiya qanunu”dur və ona veto qoymağa söz verib.

Ağarza Elçinoğlu