Sankt-Peterburqda sərnişinləri olan avtobusun Moika çayına düşməsi ilə bağlı aparılan cinayət işi çərçivəsində “Taksi” MMC-nin rəhbəri saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti açıqlayıb. 

İdarədən verilən məlumata görə, o, əmək və nəqliyyat intizamına əməl etməməkdə şübhəli bilinir.

Araşdırmaya görə, bir neçə gündür ki, nəqliyyat vasitəsinin sürücüsünə lazımi istirahət vaxtı verilməyib. Hazırda saxlanılan şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.

Xatırladaq ki, avtobusun çaya düşməsi nəticəsində 7 nəfər ölüb. 

Ağarza Elçinoğlu