Almaniya kansleri Olaf Şolts İsrailin Rəfahdakı hücum əməliyyatını məsuliyyətsiz adlandırıb. 

 "Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Biz buna qarşı xəbərdarlıq edirik və son nəticədə günahsız mülki insanlar arasında inanılmaz insan itkisinin qarşısını alacaq hər hansı bir konsepsiyanın olduğunu düşünmürük", - deyə kansler qeyd edib. 

Siyasətçi Almaniyanın mövqeyini təsdiqləyib, ona görə İsrailin özünümüdafiə və Fələstinin radikal HƏMAS hərəkatı ilə mübarizə hüququ var.

Ağarza Elçinoğlu