İsveçrə Federal Şurasının vitse-kansleri və spikeri Andre Simonatsi 55 yaşında dağda gəzinti zamanı dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə hökumətin saytında məlumat verilir.

Qeyd olunur ki, Simonatsi dağda dincəlməyi çox sevirmiş. Cümə günü siyasətçi gəzinti zamanı huşunu itirib və ölüb.

Simonatsi Cenevrədəki Beynəlxalq Münasibətlər İnstitutunu bitirib və hökumətdə təmsil olunmazdan əvvəl jurnalist və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis kimi fəaliyyət göstərib.