İsrail ordusu HƏMAS radikallarının Qəzza zolağının şimalındakı Cəbəliyyə şəhərinə qayıtmasının qarşısını almaq üçün əməliyyatlara başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri bildirib.
“Biz HƏMAS-ın son həftələrdə Cəbəliyyədə hərbi potensialını bərpa etmək səylərini aşkar etdik və bu təhlükəni aradan qaldırmaq üçün bölgədə əməliyyatlar həyata keçiririk”, - deyə o qeyd edib.

Həcəri əlavə edib ki, Qəzza şəhərinin Əz-Zeytun bölgəsində İsrail hərbçiləri döyüşlər zamanı 30 silahlını məhv edib.