Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Belqorodda hündürmərtəbəli binanın qismən uçması nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, ölənlərdən 2-si uşaqdır. 

Yaralıların sayı isə 31 nəfərə çatıb. 

*** 20:41

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Belqorodda dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

"Unikal" xəbər verir ki, bununla da ölənlərin sayı 7 nəfərə çatıb.

*** 19:45

Xilasedicilər Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Belqorodda evin eyvanının uçması nəticəsində həlak olan daha iki nəfərin meyitini dağıntılar altından çıxarıblar.

"Unikal" xəbər evrir ki, bu barədə Rusiya Daxili İşlər və Rabitə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ölənlərin sayı 5-ə çatıb.

*** 13:52

Ukrayna Ordusunun Rusiyanın Belqorod şəhərində onmərtəbəli binaya endirdiyi raket zərbəsi nəticəsində yaralananların sayı artıb.
Unikal” xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

Şors küçəsində raket zərbəsinə məruz qalan onmərtəbəli binanın bir girişinin tamamilə çökməsi nəticəsində 30 nəfər yaralanıb.
TASS isə zədələnmiş yaşayış binasının damının bir hissəsinin xilasedicilərin üzərinə uçduğu barədə xəbər yayıb. Qeyd olunub ki, indiyə qədər dağıntılar altından 12 nəfər xilas edilib.