Gürcüstan parlamentinin deputatları mayın 14-də keçiriləcək plenar iclasda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə üçüncü və yekun oxunuşda baxacaqlar.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.

"Qrafikə gəlincə, sabah hüquqi məsələlər komitəsində qanun layihəsinə üçüncü oxunuşda baxılacaq. Bu baxılma redaksiya xarakteri daşıyır və təbii ki, plenar iclasda əsas dəyişikliklərin müzakirəsi gözlənilir. Plenar iclas çərşənbə axşamı olacaq”, - Papuaşvili bildirib.