"Respublika çevik siyasət seçməklə anti-Rusiya və anti-Qərb gündəmindən əl çəkməlidir".

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu İrəvanda aksiyaya qatılan Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş baş katibi Vaaqn Melikyan deyib.

"Ermənistan xarici siyasətində anti-Rusiya, anti-Qərb və kiməsə müxalif olaraq qurulmuş istənilən gündəmdən əl çəkməli, çevik siyasət seçməlidir. Xarici siyasətdə qeyri-sabitliyin olduğu bir şəraitdə, dünyada aktiv şəkildə dəyişən hadisələr baş verir və xarici siyasətdə kəskin dönüşləri istisna etmək lazımdır. ”, - deyə Melikyan bildirib.

O, həmçinin bəyan edib ki, İrəvan milli maraqları konkretləşdirməlidir. Xarici İşlər Nazirliyinin keçmiş baş katibi hesab edir ki, Ermənistan müttəfiqləri ilə mümkün qədər tez strateji münasibətləri bərpa etməli və digər güc mərkəzləri ilə əməkdaşlığı dərinləşdirməlidir.